Beliebte Posts

Beliebte Posts

Samstag, 10. März 2012

Şok! Sensasiya: 2013-cü ildən Azərbaycanda dövlət məmurları gəlir deklarasiyası təqdim edəcəklər





Azərbaycan oliqarxları, özünüzü yığışdırın! Gəlir deklarasiyası gəlir! Heç kimə rəhm edilməyəcək. Prezidentə də məhəl qoyulmayacaq. Dubayda alınan villaların hesabı sorulacaq, milyarddan aşağı pulu olanları adam yerinə qoymayan paqonlu və paqonsuz oliqarxlar cavabdehlər kürsüsündə oturdulacaq, xalqın cibindən oğurlanan sərvət xalqa qaytarılacaq, qəzetlər kompromat oyunu oynamayacaq, ədalət peyda olacaq, firavanlıq bərqərar olacaq...

“Səs İnformasiya Agentliyi”nin ingilis dilində yaydığı məlumatda deyilir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərarla 2013-cü ildən başlayaraq Azərbaycanda dövlət məmurları gəlir deklarasiyası doldurub ictimaiyyətə təqdim edəcəklər. Gülməyin, xahiş edirik! Zarafat eləmirik...”SİA”nın məlumatında deyilir ki, sənədi Nazirlər Kabinəsi ilə yanaşı Azərbaycan həmkarlar ittifaqları konfederasiyası da imzalamışdır. Məqsəd vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabat verməsini təmin etmək və bununla da korrupsiyaya ölümcül zərbə endirməkdir. Siyasi müşahidəçilərin ümumi rəyinə görə, Azərbaycanın təşəbbüsü sınaqan sağ-salamat çıxandan sonra bu təcrübə dünyanın bütün dövlətlərinə ixrac ediləcək.

Dünya, hazır ol! Gəlir, Azərbaycanın fədakar və təvazökar oliqarxlar hakimiyyətinin misilsiz təşəbbüsü qonaq gəlir, ey dünya...Qapılarınızı bərk bağlayın, ey bədbəxt dünyanın bisavad millətləri!

Mirzə Xəzər
10.03.2012

Signed Out | LinkedIn

Signed Out | LinkedIn

Samstag, 3. März 2012

Azərbaycanın Ankaradakı səfiri Taksim Xocalı mitinqində ermənilərə qarşı plakat və şüarların qaldırılmasını məhkum edib





Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səlahiyyətli səfiri Faiq Bağırov „Cümhuriyət“ adlə türk qəzetinin müxbiri Utku Çakırgözlə müsahibəsində fevralım 26-da İstanbulun taksim meydanında Xocalı qırğınının 20 illiyinə həsr edilmiş mitinqdə ermənilərə və Hrant Dinkə qarşı plakatların açılmasını və şüarların səsləndirilməsini yanlış hərəkət adlandırıb. Azərbaycanın səfiri Xocalı mitinqinin irqçi nümayişə çevrilməsinin qəbuledilməz olduğunu bildirmişdir. Ən çox tənqid edilən plakat „Hamınız ermənisiniz, hamınız bicsiniz“ plakatı olmuşdur. Səfir Faiq Bağırov qeyd etmişdir ki, Taksim mitinqində səsləndirilən bu fikirlərin dünyada əks-səda tapması onu narahat edir.

„Mirzə Xəzərin Səsi“ qəzeti
03.03.2012

Azerbaycan Büyükelçisi: O Pankart Hiç İyi Olmadı | Kemalistler

Azerbaycan Büyükelçisi: O Pankart Hiç İyi Olmadı | Kemalistler

Qubada qar yağır. Quba dincəlir. “İnqilab” bitdi. Rauf Həbibovun villasının hasarı söküldü






Şəkilə baxın. Qubada sakitlik hökm sürür. Küçədə camaat görünmür. Quba sakinləri “inqilab”dan sonra evlərində dincəlirlər. Deputat Vahid Əhmədovun, deputat Yevda Abramovun və nazir Ziya Məmmədovun də iştirak etdiyi “xalq inqilab”ı uğurla başa çatdı, keçmiş icra başçısının möhtəşəm villasının HASARı söküldü. “Humanist” Əliyev hakimiyyəti xalqın ultimatumunu yerinə yetirdi. Niyə hasar? Ona görə ki, Rauf Həbibovun villasının hasarı Qələdüz kəndinin yolunu kəsərək hərəkətə çətinlik yaradırmış. Qubadan gələn nağıllarda deyilir ki, kənd sakinləri Rauf Həbibovun villasını yandırmaq istəyiblər. Deputat Vahid Əhmədov söz verib ki, camaat niyyətindən əl çəksə, malikanənin hasarları söküləcək. Və Ziya Məmmədov prezident İlham Əliyevlə məsələni müzakirə edəndən sonra mürtəce icra başçısının, “əksinqilab”ın qalası olan hasarı sökmək əmri verildi. Camaat razı, hakimiyyət razı qaldı, hasar “inqilab”ı sona çatdı.



Maraqlı ölkədir! Azərbaycan oliqarxzadələri nardaranlıların dəniz sahilinə çıxış yollarını zorla, qanunsuz zəbt edib orada dəbdəbəli villalar inşa etmişlər. Şikayət edən nardaranlıları İranla əlbir olmaqda və dini fanatizmi yaymaqda ittiham edib, Nardaranın ağzını polis gücünə yumdular, gecə vaxtı evlərə hücum edib, bir sıra narazını tutdular və bellərinə ağır maddələri yükləyib həbsxanalara atdılar...


Qəribə deyilmi?



Mirzə Xəzər
03.03.2012

Donnerstag, 1. März 2012

Azərbaycan möcüzəsi: Milli Məclis deputatları Qubada icra başçısına qarşı üsyanı himayə edirlər (?!)







Qubada gərginlikdir. Mətbuat xalq üsyanından danışır. Quba əhalisi yerli xalqı təhqir edən icra başçısına qarşı üsyan edir. İcra başçısının evi və bir neçə başqa tikili yandırılıb. Şəhərə təhlükəsizlik qüvvələrini töküblər. Buna baxmayaraq “üsyan” davam edir. Qəribə üsyandır. Bakıda “İstefa!”, “Azadlıq!” şüarı söylədiyinə görə həbs edilən vətəndaşları müdafiə etməyən Milli Məclis deputatları Qubada yüzlərlə insanın küçələrə tökülüb evlərə od vurmasını “xalq mitinqi” kimi qələmə verib, üsyanşılara arxa çıxırlar. Qubadan deputat seçilən Yevda Abramov bildirib ki, “mitinqi xalq edir, bunun qarşısını almaq niyyətində deyilik. Qoy xalq öz sözünü deyə bilsin. Biz xalqın səsini boğmaq istəmədik. Qoy bu, digər icra başçıları üçün də ibrət dərsi olsun. Hamı görsün ki, xalq icra hakimiyyətinin başçısını işlədə bilər.“ Qubadan seçilən digər deputat vahid Əhmədov isə hazırda rayonda, “üsyan” edən sakinlərin yanındadır. İnanılmazdır! Hakimiyyətin icazəsi olmadan bir addım belə ata bilməyən deputatların icra başçısına qarşı xalq üsyanına rəhbərlik etməsi sözün əsl mənasında Azərbaycan möcüzəsidir!
Quba “üsyanı” nəyə xidmət edir? Bu hay-key hakimiyyətə niyə lazımdır?

Mirzə Xəzər
01.03.2012