Beliebte Posts

Beliebte Posts

Samstag, 10. März 2012

Şok! Sensasiya: 2013-cü ildən Azərbaycanda dövlət məmurları gəlir deklarasiyası təqdim edəcəklər





Azərbaycan oliqarxları, özünüzü yığışdırın! Gəlir deklarasiyası gəlir! Heç kimə rəhm edilməyəcək. Prezidentə də məhəl qoyulmayacaq. Dubayda alınan villaların hesabı sorulacaq, milyarddan aşağı pulu olanları adam yerinə qoymayan paqonlu və paqonsuz oliqarxlar cavabdehlər kürsüsündə oturdulacaq, xalqın cibindən oğurlanan sərvət xalqa qaytarılacaq, qəzetlər kompromat oyunu oynamayacaq, ədalət peyda olacaq, firavanlıq bərqərar olacaq...

“Səs İnformasiya Agentliyi”nin ingilis dilində yaydığı məlumatda deyilir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərarla 2013-cü ildən başlayaraq Azərbaycanda dövlət məmurları gəlir deklarasiyası doldurub ictimaiyyətə təqdim edəcəklər. Gülməyin, xahiş edirik! Zarafat eləmirik...”SİA”nın məlumatında deyilir ki, sənədi Nazirlər Kabinəsi ilə yanaşı Azərbaycan həmkarlar ittifaqları konfederasiyası da imzalamışdır. Məqsəd vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabat verməsini təmin etmək və bununla da korrupsiyaya ölümcül zərbə endirməkdir. Siyasi müşahidəçilərin ümumi rəyinə görə, Azərbaycanın təşəbbüsü sınaqan sağ-salamat çıxandan sonra bu təcrübə dünyanın bütün dövlətlərinə ixrac ediləcək.

Dünya, hazır ol! Gəlir, Azərbaycanın fədakar və təvazökar oliqarxlar hakimiyyətinin misilsiz təşəbbüsü qonaq gəlir, ey dünya...Qapılarınızı bərk bağlayın, ey bədbəxt dünyanın bisavad millətləri!

Mirzə Xəzər
10.03.2012

Keine Kommentare:

Kommentar veröffentlichen