Beliebte Posts

Beliebte Posts

Donnerstag, 1. März 2012

Azərbaycan möcüzəsi: Milli Məclis deputatları Qubada icra başçısına qarşı üsyanı himayə edirlər (?!)







Qubada gərginlikdir. Mətbuat xalq üsyanından danışır. Quba əhalisi yerli xalqı təhqir edən icra başçısına qarşı üsyan edir. İcra başçısının evi və bir neçə başqa tikili yandırılıb. Şəhərə təhlükəsizlik qüvvələrini töküblər. Buna baxmayaraq “üsyan” davam edir. Qəribə üsyandır. Bakıda “İstefa!”, “Azadlıq!” şüarı söylədiyinə görə həbs edilən vətəndaşları müdafiə etməyən Milli Məclis deputatları Qubada yüzlərlə insanın küçələrə tökülüb evlərə od vurmasını “xalq mitinqi” kimi qələmə verib, üsyanşılara arxa çıxırlar. Qubadan deputat seçilən Yevda Abramov bildirib ki, “mitinqi xalq edir, bunun qarşısını almaq niyyətində deyilik. Qoy xalq öz sözünü deyə bilsin. Biz xalqın səsini boğmaq istəmədik. Qoy bu, digər icra başçıları üçün də ibrət dərsi olsun. Hamı görsün ki, xalq icra hakimiyyətinin başçısını işlədə bilər.“ Qubadan seçilən digər deputat vahid Əhmədov isə hazırda rayonda, “üsyan” edən sakinlərin yanındadır. İnanılmazdır! Hakimiyyətin icazəsi olmadan bir addım belə ata bilməyən deputatların icra başçısına qarşı xalq üsyanına rəhbərlik etməsi sözün əsl mənasında Azərbaycan möcüzəsidir!
Quba “üsyanı” nəyə xidmət edir? Bu hay-key hakimiyyətə niyə lazımdır?

Mirzə Xəzər
01.03.2012

Keine Kommentare:

Kommentar veröffentlichen