Beliebte Posts

Beliebte Posts

Mittwoch, 29. Februar 2012

Azerbaijan: Forced Evictions

Alman mətbuatı: Azərbaycanın avtoritar rəhbərliyi insanları zorla evlərindən qovur






“Eurovision 2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Bakıda minlərlə insanın evinin yerlə-yeksan edilməsi, sakinlərin zorla küçəyə atılması ilə əlaqədar alman mətbuatında başlayan kampaniya sovuşmaq bilmir. Fevralın 29-da Almaniyanın nüfuzlu “Frankfurter Rundschau” qəzeti, habelə “Greenpeace magazine” və “Allgemeine Zeitung Uelster” qəzetləri, habelə “DPA” (Deutsche Presse Agentur) xəbər agentliyi beynəlxalq insan hüquqları təşkilatı “Human Rights Watch”ın son hesabatına geniş yer vermişdir. Mətbuat qeyd edir ki, Azərbaycana rəhbərlik edən İlham Əliyev çoxdandır insan hüquqları müdafiəçiləri tərəfindən ailə maraqlarını güdməkdə, korrupsiyada və başqa cür düşünənləri susdurmaqda ittiham olunur.

“Mirzə Xəzərin Səsi” qəzeti
29.02.2012

Mirzə Xəzərin Səsi : Alman mətbuatı: Azərbaycanın avtoritar rəhbərliyi "Eurovision" naminä insanları zorla evlərindən qovur

Mirzə Xəzərin Səsi : Alman mətbuatı: Azərbaycanın avtoritar rəhbərliyi "Eurovision" naminä insanları zorla evlərindən qovur

Dienstag, 28. Februar 2012

"Eurovision" qələbəsinin qurbanları: Hərbçilərin evini yıxdılar





Uşaqların fəryadı göyə dirəndi

“Eurovision”da Azərbaycan qələbə qazananda evimizdəkilər səhərə qədər yatmayıblar, hamısı sevinirdi. Nə biləydik ki, başımıza bu cür müsibətlər gətirəcəklər”.

Bayraq meydanı ətrafında evinin sökülməsinə dəqiqələr qalanda Hərbi Dəniz Donanmasının 30 il stajı olan 2-ci dərəcəli kapitanı Emil Əzizov bu sözləri biz jurnalistlərə deyirdi. Mən onun divardan asılmış mundirinə baxırdım. Mundirin üstü müxtəlif medallarla dolu idi. Xidmətdə fərqlənməyə, qüsursuz xidmətə görə verilən medallarla. “Mən 92-ci ildə Rusiyanı atıb bura gəldim. Gəldim ki, vətənimə xidmət edim. Etdim də. İndi evimi başıma uçururlar. Əlimdə məhkəmə sənədi var (1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 25 yanvar 2012-ci il tarixli qərarını oxuyur). Burada açıq yazılır ki, bizim yaşadığımız mənzildən çıxarılmağımız mümkünsüz sayılsın”. Emil müəllim bu fikirləri səsləndirdiyi vaxt qapı şiddətlə döyülür. Qapını açanda bizi əli lomlu bir dəstə adam, çoxlu polis və Səbail rayon icra hakimiyyətinin məmurları qarşılayır.

Məmurların birinci işi jurnalistləri söyüb təhqir etmək oldu. Ola bilsin, ailələrində də bizimlə danışdıqları leksikonda danışdıqlarını düşünüb hirslənməyə dəyməz dedik.
Hələlik burda dayanıb sökülən evlər barədə qısa arayış verək.
Bayraq Meydanının qonşuluğunda Donanmanın 28 zabitinin evi olub. Ərazidə aparılan yenidənqurma işləri və təzə yola görə bu evlərin köçürülməsi qərara alınıb. Nazirlər Kabinetinin 156 N-li sərəncamına əsasən bu işlərin hamısına 62 milyon manat ayrılıb. Bu nəhəng məbləğin qarşılığında hərbçilərə 10 min manat təklif edilir. 26 ailəni zorakılıqla bu məbləğ qarşılığında evlərindən çıxara biliblər. Onlara deyiblər ki, gedin bu pulla dolanın, kirədə qalın, tezliklə hamınıza ev tikəcəyik. “Tezliklə” nə vaxt olacaq, bunu deyən yoxdur. Sakinlər isə həm də ona cavasb axtarır ki, nəyə görə onlara hazır binalardan mənzillər verilmir. Üstəlik hərbçilər üçün tikildiyi deyilən binada onların mənzil hüququnun təmin olunacağı barədə də heç kim heç bir sənəd vermir.

Dünən ərazidə müqavimət göstərən cəmi iki ailə qalmışdı - Emil Əzizov və İlqar Allahverdiyevin ailələri. Müdaxilə birinci Əzizovlara başladı. Əli lomlu fəhlələr evdə adam olmasına qətiyyən məhəl qoymadan pəncərələri, qapını, dam örütüyünü qırmağa başladılar. Evdəki qadınlar və balaca uşaqların fəryadı onların soyuqqanlılığına qətiyyən təsir etmirdi. Sakinlər ağlaya-ağlaya Allahı köməyə çağırırdılar. Emil müəllimin yoldaşı inanc etibarilə xirstiandır. Mən onların evinin divarında məscid fotosu ilə yanaşı İsa Məsihin ikonlarını görmüşdüm. Buna görə onlar Allahı çağıranda öz-özümə dedim: “İşə bax, bir evi iki böyük dinin tərafdarı təmsil edir, amma onlar bütpərstlərə yenilirlər...”.
Müqaviməti balaca uşaqların fəryadı dayandırdı. Onların ağlamasına dözməyən ata Emil Əzizov bayıra çıxıb evi tərk etmək üçün möhlət istədi.

Növbəti hücum İlqar Allahverdiyevin evinə oldu. Onun evində yaşlı ana-atası, birinci qrup Qarabağ əlili olan qardaşı da vardı. Evini sökməyə gələnlərin qarşısına məhkəmə sənədləri və vəkili ilə çıxsa da, İlqar müəllimi dinləyən olmadı. Lomlar işə düşdü. Evin gəlini çığıraraq polisləri, söküntüyə gələnləri vicdana səsləyirdi, vəkil Avropa İnsan Haqları Konvensiyasından, İlham Əliyevin hansısa sərancamından iqtibaslar gətirirdi, lomlar isə öz işindəydi...

Evdəkilər dedilər ki, ölsələr də evdən çıxmayacaqlar. Onları ölümdən polis “xilas” etdi. Mitinqləri dağıtmaqda mahir olan Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov öz dəstəsi ilə evə hücm çəkib, əvvəlcə qadınları, sonra da kişiləri sürütləməyə başladı. Qadınların ağlamağına, fəryadına biganə qalan bir polis serjantından “Niyə belə edirsiniz, bu işi görmək ağır deyil sizə?” deyə soruşdum. “Biz əmrə tabeyik” dedi.

- Bəs bir gün sənin evini belə söksələr?
- Sökməzlər, mənim evim novstroykadadır.

***

Hökumətin dinc vətəndaşlar üzərində zəfəri tamamlananda telefonda radiomu işə saldım. Reklam arasına düşmüşdüm: martın 24-nə qədər Antalyadakı lüks otellərdə rezervasiya edin. İstirahətinəzə məna qatın...

Azadliq.info

Nağıllar: Böyük Kürdüstan yaranacaq, Suriya dağılacaq, İran məğlub olacaq, Vahid Azərbaycan dövləti qurulacaq...





Azərbaycan mediasını ən çox məşğul edən mövzu – bıçaqlaşma mövzusudur. Hansı qəzeti açırsansa, bışaqlaşmadan yazır. Bıçaqlaşma ictimai rəyə hakim olub. Dörd dəfə bıçaqlanan bir nəfər beşinci dəfə bıçaqlananda aydın olub ki, qəhrəmanızım özü-özünü bıçaqlayıb...Bəs dünya? Dünyanı nə maraqlandırır?
Dünya nağıllarla yaşayır. Bəşəriyyət nağıllarla qidalanır. Nağıl olmasa həyat olmaz. Həyat olmasa nağıl olmaz...Bu yaxınlarda Qahirədə ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının ofislərində axtarış aparılmışdır. “Əl Əhram” qəzetinin iddiasına görə, axtarış zamanı guya amerikalıların planlaşdırdığı “regionun parşalanması”na dair xəritələr tapılmışdır. İddia edildiyinə görə, Prinston universitetinin professoru, tanınmış tarixçi Bernard Luis Pentaqonun əmri ilə İslam blokunun ölkəbəölkə dağıdılması planını hazırlamışdır. Plan deyil, maraqlı nağıldır. Planda nədən sphbət gedir? Əvvələn Böyük Kürdistan dövlətinin yaradılması nəzərdə tutulur. Bu dövlətin tərkibinə təkcə İraq Kürdistanı, Mosul və Kərkük yox, həmçinin Türkiyə, İran, Suriya və Azərbaycandan qopardılmış ərazilər də daxil ediləcək. Bəs sonra? Sonra İraqdan kürdlərin bir qisminin Azərbaycana köçürülməsi nəzərdə tutulurmuş. Sonra? Sonra, “Vahid Azərbaycan” dövləti qurulacaq. Bu dövlətin tərkibinə təkcə İranın Qərbi Azərbaycan ostanı deyil, Əfqanəstanın İranla sərhəd vilayətləri də daxil ediləcəkdir. Bəs sonra? Sonra Qarabağ müstəqil erməni dövləti olacaq. Nağıl bununla bitmir. Hələ Suriya var. Həmin nağıla əsasən, Suriyanı parçalamaq, onun ərazisində şiə və sünni dövlətlərinin qurulması nəzərdə tutulur.
Bəs bu nağılı kim nəql edib? Bu nağılı Rusiyanın “Reqnum” agentliyinin icmalçısı Stanislav Tarasov “İrak kürdləri İlham Əliyevin nəyinə lazımdır” sərlövhəli geniş yazısında nəql edib.
Dünya nağıllarla yaşayır. Bəşəriyyət nağıllarla qidalanır. Nağıl olmasa həyat olmaz...

Mirzə Xəzər
28.02.2012

Montag, 27. Februar 2012

İran sərhəddində İsrail radarları: Azərbaycan İranla sərhəddə ən müasir İsrail radarlarını yerləşdirəcək?

Bu yaxınlarda İsrail il Azərbaycan arasında 4 il ərzində 1,6 milyard dollar dəyərində silah təchizatını nəzərdə tutan hərbi müqavilənin imzalandığına dair mətbuatda geniş məlumat dərc edilmişdir. Bu məlumatlara əsasən, İsrail Azərbaycana çox sayda müxtəlif növ raketlər, raket əleyhinə müdafiə sistemləri, habelə pilotsuz təyyarələr satacaqdır. “Mirzə Xəzərin Səsi” portalı İsrail-Azərbaycan hərbi müqaviləsinin bəzi maraqlı təfərrüatlarını öyrənə bilmişdir. Əldə etdiyimiz məlumata əsasən, “Hets” raketdən müdafiə sistemi üçün yaradılan “Oren Yarok” tipli radar qurğuları Azərbaycanın İran ilə sərhəddində yerləşdiriləcəkdir. Bununla yanaşı, İsraillə bağlanan müqavilədə Azərbaycan-İran sərhəddində məlumat toplamaq üçün xüsusi sistemlərin qurulması da nəzərdə tutulur.


Qeyd edək ki, İsrailin “Oren Yarok” (“Yaşıl şam” və ya “Yaşıl şam ağacı”) kod adı ilə tanınan bu ən müasir radar sistemini ötən ilin sonlarında Cənubi Koreya da almışdır.


İsrail radar sisteminin İran sərhəddində yerləşdirilməsi ehtimalı ekspertlərin qabaqca irəli sürdükləri mülahizələrini altüst edir. Məsələn, Coşua Kuçera “Eurasianet”də yazırdı ki, İsraildən alınan silah sistemləri İrana qarşı yox, Dağlıq Qarabağa nəzarət edən Ermənistana qarşı istifadə ediləcək. Lakin belə görünür ki, bu fikirlər yanlışdır. Bizə çatan məlumatda deyilir ki, raketdən müdafiə sisteminin radar qurğuları İranla sərhəddə də yerləşdiriləcəkdir.



“Mirzə Xəzərin Səsi” qəzeti
27.02.2012



Məlumatda istifadə edilərkən mənbə göstərilməsi şərtdir.

Samstag, 25. Februar 2012

Xocalı qırğını 20 il sonra: Təlatümlü illərin faciəli günlərinin kədərli xatirəsi





O faciənin üstündən 20 il keçir. Düz 20 il qabaq Azərbaycanda siyasi-hərbi vəziyyət qarmaqarışıq və mürəkkəb idi. Qarabağ cəbhəsində bir tərəfdə vahid komandanlığı olmayan, vahid komandanlığa tabe olmayan, vahid mərkəzdən idarə olunmayan Azərbaycanın silahlı dəstələri dururdu, o biri tərfdə isə rusların nizami ordu hissələrinə arxalanan erməni qüvvələri. Düz 20 il qabaq müntəzəm olaraq Bakıya zəng edib Xocalı ətrafındakı vəziyyətdən xəbər tuturdum. Düz 20 il qabaq Bakıdan – “Azərinform”un (indiki AzərTac) müdiri Azad Şərifovla və prezident aparatının mətbuat xidmətindən aldığım son məlumatları dinləyicilərə çatdırırdım. Düz 20 il qabaq Xocalının tutulduğunu və yerli əhalinin şəhəri tərk etdiyini mənə bildirdilər...Və sonra...Sonra qırğın barədə məlumatlar gəlməyə başladı. Kədərli məlumatlar. Xocalı qırğınının qurbanlarının ürək partladan şəkilləri xarici qəzetlərin səhifəsində, xarici ölkələrin televiziya ekranlarında peyda oldu. Ermənilərin Qarabağ avanturasının növbəti qurbanı Xocalının günahsız sakinləri oldu...Gün gələcək və cinayətkarlar cəzasını alacaqlar!

Xocalıda öldürülən günahsız insanlara Allah rəhmət eləsin!

Mirzə Xəzər
25.02.2012

Freitag, 24. Februar 2012

Yerevan fatehləri və Xocalı: Milli Məclis deputatları düşmən yuvasında, Azay Quliyevi atasının qəbrinə buraxmadılar

Milli Məclis deputatlarının Xocalı qırğını yad edilən günlərdə cəsarət göstərib, fədakarlıq nümayiş etdirərək Yerevanı ziyarət etməsi, Ermənistanın prezidenti Sarkisyanla görüşməsi tarix kitablarına qızıl hərflərlə yazılacaqdır. Deputatlar Yerevanda bütün həqiqətləri hünərlə ermənilərin üzünə söyləməklə kifayətlənməmiş, üstəlik Ermənistan prezidenti ilə görüşdə də çəkinmədən tarixi həqiqətləri bəyan etmişlər. Afərin! Bəs Xocalı qırğını? Görəsən deputatlarımız Xocalı qırğını məsələsini də Yerevanda qaldırmışlarmı? Yox, qaldırmamışlar. Macal tapmamışlar. Amma deputat Azay Quliyev doğma Sisyan rayonunun Urud kəndində atasının qəbrini ziyarət etməyi ermənilərdən xahiş etməyi unutmamışdır. Humanizmə meyl göstərməyən ermənilər azərbaycanlı millət vəkilinin xahişinə müsbət yanaşmamışlar. Demişlər ki, Sisyana gedən yolları qar basıb...



Qəbirlər məsələsi Sarkisyanla görüşdə də qaldırılıb. Deputat Fərəc Quliyevin dediyinə görə, azərbaycanlı deputatlar Sərkisyana bildirdilər ki, işğal olunmuş ərazilərdə azərbaycanlıların qəbirlərini ziyarət etmək qeyri-mümkündür. Sarkisyan deputatların iradına cavab verməyib. Bəs Xocalı? Fərəc Quliyev də görüşdə Xocalı faciəsinə toxunulmadığını bildirir. Amma təəssüf...Qeyd edək ki, Serj Sarkisyan Dağlıq Qarabağ silahlı dəstələrinin qurucusu və 1992-ci ildə Xocalı qırğını baş verən zaman üzdəniraq "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik etmişdir.



Deputatların Yerevan səfəri başa çatıb, deputatlar sağ-salamat Bakıya qayıdıblar...



Mirzə Xəzər

24.02.2012

Pressefreiheit fuer Baku

"Der Song Contest ist nicht einfach eine unpolitische Musikveranstaltung"

Gewalt gegen Demonstranten in Baku. Foto: IRFS.az

Nachdem Roman Lob das Deutschland-Finale des Opens external link in new windowEurovision Song Contests (ESC) gewonnen hat und somit Deutschland am 26. Mai 2012 beim ESC in Baku vertreten wird, ruft Reporter ohne Grenzen (ROG) alle Beteiligten auf, sich intensiv mit dem Gastgeberland Aserbaidschan auseinanderzusetzen und öffentlich Position zu den Verletzungen der Presse- und Meinungsfreiheit dort zu beziehen.

„Der Eurovision Song Contest ist nicht einfach eine unpolitische Musikveranstaltung, wie die Organisatoren uns weismachen wollen“, sagte ROG-Vorstandssprecher Michael Rediske. „Er findet in einem Land statt, in dem es keine freie Berichterstattung gibt und kritische Journalisten bedroht werden“, so Rediske. „Jury, Journalisten, Produzenten und Sänger – sie alle können und sollten dazu beitragen, dass die Menschenrechtsverletzungen nicht ignoriert werden.“

ROG zählt den aserbaidschanischen Präsidenten Ilham Alijew zu den Feinden der Pressefreiheit, Journalisten arbeiten in dem südkaukasischen Land unter ständiger Bedrohung. Im vergangenen Jahr wurden nach Angaben lokaler NGOs über 50 Medienvertreter überfallen oder von der Polizei angegriffen, besonders während der Proteste gegen die Regierung im Frühjahr 2011. Immer wieder werden Journalisten und Blogger aus fadenscheinigen Gründen verhaftet. Awas Sejnalli, Chefredakteur der Zeitung Chural, sitzt seit Ende Oktober 2011 im Gefängnis, nachdem er in Artikeln den autokratisch regierenden Präsidenten Ilham Alijew kritisiert hatte. Gegen mehrere Blogger, die im Frühjahr zu Protesten aufgerufen hatten, wurden Ermittlungsverfahren eingeleitet. Die Morde an den Journalisten Elmar Husejnow (2005) und Rafik Tagi (2011) sind bis heute nicht aufgeklärt.

Zum Eurovision Song Contest versucht die aserbaidschanische Regierung – mit tatkräftiger Hilfe westlicher PR-Agenturen – ihr Land als modernen, offenen Staat zu präsentieren. Als für den Bau einer millionenschweren Veranstaltungshalle im Zentrum Bakus etliche Einwohner mit Gewalt aus ihren Häusern vertrieben wurden, versuchten die Behörden hingegen, eine unabhängige Berichterstattung zu verhindern. „Die Diskrepanz zwischen der glitzernden PR-Fassade und der bitteren Wirklichkeit Aserbaidschans kann nur eine unabhängige Presse sichtbar machen“, sagte ROG-Vorstandssprecher Michael Rediske. Reporter ohne Grenzen fordert von der aserbaidschanischen Regierung, die Visavergabe und Akkreditierung für ausländische Journalisten frei und transparent zu gestalten. Unbehinderte Recherche muss vor, während und nach dem ESC sowohl in Baku als auch im Rest des Landes möglich sei. Journalisten dürfen in ihrer Arbeit nicht thematisch beschränkt werden.

Mit dieser Seite will Reporter ohne Grenzen die Aufmerksamkeit auf diejenigen lenken, die sich in Aserbaidschan unter widrigen politischen Bedingungen für die Presse- und Meinugsfreiheit einsetzen.

Unser Star für Baku: die Pressefreiheit!


source: http://www.pressefreiheit-fuer-baku.de/

Ögey, doğma məhbuslar: 2 aprel və 6 may məhbusları, Azərbaycanda „hüquq müdafiə“ təşkilatlarının ayrı-seçkilik fəlsəfəsi





Azərbaycanda iki növ məhbus var: ögey və doğma. Doğmalar beynəlxalq təşkilatlara vicdan məhbusu kimi təqdim edilir, ögeyləri isə nəzərə alan yoxdur. Hicab məhbuslarının vicdan məhbusu sayılmaması bunun bariz nümunəsidir. Bəs kimdir məhbusları doğma və ögeylərə ayıran? Qərbin beynəlxalq təşkilatları? Yox. Qərbin beynəlxalq hüquq müdafiə təşkilatları üçün doğma və ögey siyasi məhbus yoxdur, siyasi məhbus vardır. Bəs kimdir ayrı-seçkilik salan? Azərbaycanın, necə deyərlər, hüquq müdafiə təşkilatları və yaxud başqa adı ilə „qeyri-hökumət təşkilatları“. İddiadır? Yox, iddia deyil.
Həm 2 aprel, həm də 6 may aksiyasına görə həbs olunanların hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, nəinki beynəlxalq təşkilatların, hətta yerli hüquq mühafizə qurumlarının, eləcə də hüquq müdafiəçilərinin bu iki aksiyanın iştirakçılarına münasibəti fərqli olub. Niyə? Anar Qasımlı deyir: „. Onlar bu məsələlərə ikili standartlarla yanaşırlar. Bu, təbii ki, maliyyə ilə bağlıdır. Yəni hüquq müdafiəçiləri vicdan məhbuslarını müdafiə işlərini müəyyən qrantlar hesabına həyata keçirirlər. Hesab edirəm ki, İrana rəğbəti olan insanları Qərbin maliyyəsi ilə dəstəkləmək mümkün olmur.“ Vəkil haqlıdırmı? Qismən haqlıdır. Azərbaycanın qeyri-hökumət təşkilatlarının müxalifətin 2 aprel və hicab müdafiəşilərinin 6 may aksiyalarında tutulanların taleyinə ikili standartlarla yanaşdığına dair Anar Qasımlının dedikləri həqiqətə uyğun ola bilər, amma beynəlxalq təşkilatların İrana rəğbət bəsləyən məhbusları müdafiə edənlərə maliyyə yardımını dayandırdığına dair iddia həqiqətə uyğun deyildir. Əgər Bakıdakı „hüquq müdafiəçiləri“ belə fikirləşirlərsə, böyük səhvə yol verirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları vicdan məhbusları arasında ayrı-seçkilik yaratmırlar. Ayrı-seçkiliyin kökü Londonda və Vaşinqtonda deyil, Bakıdadır.

Mirzə Xəzər
24.02.2012

Donnerstag, 23. Februar 2012

Prezidentə inanmayın: Koroğlu Azərbaycanda yaşasaydı, MTN onu tutardı

Zarafat eləmirik. Koroğlu əfsanə yox, həqiqi şəxsiyyət olsaydı və bu gün Azərbaycanda yaşasaydı...Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu tutub Cinayət Məcəlləsinin “dövlətə xəyanət” və “mütəşəkkil cinayətkar dəstə" yaradıb mövcud hakimiyyətə, dövlətçiliyə qarşı vuruşmaq ittihamı ilə məhkum etdirib zindanlarda çürüdərdi. Bəxtin gətirib, Koroğlu! Yaxşı ki, şifahi xalq ədəbiyyatında, dastanlarda mövcudsan. Həqiqi olsaydın, sənə Bakıda heykəl ucaltmazdılar. Bu gün Azərbaycanda həqiqi qəhrəmanları mükafatlandırmırlar, onları ömürlük “kurorta” göndərirlər.

Azərbaycan prezidenti Koroğlunun heykəlini açanda dedi ki, “ Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət idi. Biz gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik.“

Gənc nəsil, ehtiyatlı ol! Onlara cansız daş heykəllər lazımdır, canlı Koroğlu yox. Prezidentə inanma, ey gənc nəsil, yoxsa MTN səni tutar!

Nə yaxşı ki, nağılsan, Koroğlu!

Mirzə Xəzər
23.02.2012

Mittwoch, 22. Februar 2012

İran helikopteri Astaranı qarışdırdı, icra başçısı qorxub qaçdı, Azərbaycanda məhbuslar evə pul göndərəcəklər...




İranın döyüş helikopterləri Azərbaycan ərazisinə soxulub, Astarada bir xəstəxananın üstündə fırlanandan sonra qayıdıb İrana gediblər. Bu həyəcanlı xəbəri yayan „telegraf.az“ portalının yerli sakinin dediklərinə əsaslanaraq yaydığı xəbərə əsasən, „həmin vaxt insanlar təlaşa düşüb və qaçaqaç yaranıb.“ İnsanları başa düşmək çətin deyil. Amma Astara icra hakimiyyəti başçısının və digər məmurların qaçaraq xəstəxananın həyətindən uzaqlaşması Tehrana gündə bir ultimatum verənlərin cəsarətindən xəbər verir. Təəccüblü deyil. İnsanları təhlükə ilə üzbəüz meydanda tək qoyub qaçmaq çoxdankı adətdir. Bəs İran helikopterləri Astaraya „qonaq“ gəlib, ya gəlməyib? Dövlət Sərhəd Xidmətindən „APA“ agentliyinə DSX-dan APA-ya bildirilib ki, fevralın 21-i də daxil olmaqla, son günlər Astara istiqamətində Azərbaycan-İran hava sərhədinin pozulması halı baş verməyib. Qəribədir. Şahidlər isə „telegraf.az“a deyiblər: „Burada xırdavat satan bir çinlinin satdığı durbini götürüb dəqiq baxdiq və gördük ki, “vertalyot” İrana məxsusdur”. Qarışıq məsələdir. Əgər helikopter olubsa, icra başçısının qaçıb gizlənməsinə ehtiyac olub. Yox, əgər helikopter olmayıbsa, icra başçısının qaçıb gizlənməsinə də ehtiyac olmayıb. Qınamayın! Allah heç kimi qorxuya salmasın!

Azərbaycanda məhbuslar məsələsi İran helikopterindən daha maraqlı məsələdir. „Lent.az“ xəbər verir ki, hal-hazırda ölkədə YEDDİ dənə təzə həbs düşərgəsi tikilir. Bunlar adi həbsxana olmayacaq. Bu qeyri-adi həbsxanalarda məhbuslar işlə təmin ediləcək və hətta zindanda qazandıqları pulu azadlıqda olan ailələrinə göndərə biləcəklər. Təbrik edirik! Nəcib təşəbbüsdür! Azərbaycanda işsizlər üçün sevinc müjdəsidir! Az qalıb, işsizlər, hamınızı işlə təmin edəcəklər!

Mirzə Xəzər
21.02.2012

İran-Azərbaycan: Cənubi Qafqazda qızışan soyuq müharibə, terror iddiaları və narkotik ittihamları




Yaxın Şərq ixtilafı coğrafi məkanını dəyişir. Cənubi Qafqaz İran-İsrail münaqişəsinin döyüş meydanına, Azərbaycan ön cəbhə xəttinə çevrilir. İstəsək də, istəməsək də bu, həqiqətdir. Gün keçmir ki, Tehran Bakıya, Bakı Tehrana nota verməsin. Gün keçmir ki, Tehran Bakını, Bakı Tehranı terrorda ittiham etməsin. Gün keçmir ki, İranın Azərbaycanda yaratdığı iddia edilən, necə deyərlər, terror və casus şəbəkələri ifşa edilməsin. Gün keçmir ki, Azərbaycan İranı narkotik qaçaqmalçılığının mənbəyi kimi ittiham etməsin. Və gün keçmir ki, İran borclu qalmayıb ittihama ittihamla cavab verməsin. “Fars Məlumat agentliiyi” adını çəkmədiyi “mötəbər” mənbəyə əsaslanaraq iddia edir ki, Azərbaycanın İranın narkotik qaçaqmalçılığında əli olduğuna dair ittihamlarının heç bir əsası yoxdur. Əksinə, agentliyin məlumatına görə, Əfqanıstanda narkotik maddə yetişdirən təsərrüfatların müdafiəsində və narkotik maddələrin regionda yayılmasında Bakı rəsmiləri mühüm rol oynayır. Çılğın ittihamdır. Lakin buna baxmayaraq, İran-Azərbaycan münasibətlərini günü-gündən istiləşən soyuq müharibə kimi qiymətləndirmək heç də yanlış olmazdı. Yaxın Şərq alovunu Cənubi Qafqaza daşıyırlar…

Mirzə Xəzər
22.02.2012

Sonntag, 5. Februar 2012

"AranNews": SAXAL əsgərindən (Mirzə Xəzərdən) Bakı ateistlərinə!







Aran agentliyi




Cənnət dünyanı cəhənnəmə çevirən ən önəmli politik problem: Qərblə İslam dünyası arasında qarşıdurma! Bu qarşıdurma hər nədən qabaq Yaxın Şərq problemi üzərində köklənmişdir.



Bu problem ilk baxışda Fələstinlə İsrail arasında regional masştabda görünsə də, məsələnin mahiyyətinə vardıqca Ərəb Dünyası-İsrail, ABŞ və müttəfiqləri-İslam dünyası kimi cəbhələşmələr diqqəti çəkir.



Baş-başa gələn tərəflər üçün düşmənin hər şeyi, canı, mülkü, mənəvi dəyərləri, dini hədəfdədir. Bu gün ABŞ (başı üzərində İsrail) və müttəfiqləri bütün müsəlman ölkələri üzərində hakimiyyətə can atır. Bu hücum virtual cəbhəni də əhatə edir. Havadan hücum, yerüstü əməliyyatlar, informasiya müharibəsi… Bir qədər ideoloji görünsə də mövcud qarşıdurmada yalnız bir tərəf ideoloji mövqedən çıxış edir. İslam dünyası hz. Musa (ə), hz. İsanı (ə) yəhudi və məsihilərdən az sevmir. Əslində ABŞ məsihilik, İsrail yəhudilik prinsiplərinə zərrəcə sayqılı deyil. ABŞ və müttəfiqləri öz strateji planlarında zərrəcə Allah və dinə sayqı göstərmirlər. Onlar hz. Məhəmmədə (s) həqarətlə yanaşdıqları qədər o biri peyğəmbərləri aşağılayırlar. Bəli, müharibə küfrlə din arasındadır. Bütün peyğəmbərlər öz dövrünün zalım başçıları ilə vuruşduğu halda ABŞ, qərb dövlətləri, İsrail, onların şərqdəki əlaltıları istisnasız olaraq bütün səmavi dinləri salonu bəzəyən büllur vaz kimi qəbul edir və ictimai-siyasi səhnədə dinin görünməsini dözülməz sayır. Bəli, prezident inaqurasiyasında müqəddəs kitaba and içilir. Amma reallıqda nə qanunvericilik, nə müdiriyyətdə müqəddəs kitab qanunları nəzərə alınır.



Dünyanın təbliğat maşını sionizmin əlindədir – ABŞ və müttəfiqlərini, əlbəttə ki, həm də İsraili dolandıran sionizmin. Bu imperialist çevrədə həqiqi din daşıyıcısına yer yoxdur – o cümlədən həqiqi yəhudilərə. Əsil yəhudilər sionizmin din yox, siyasi fırıldaqçılıq olduğunu, dünyanın qanını içdiyini açıq bəyan edir. Əsil yəhudilər əsil məsihilər və əsil müsəlmanlarla həmkarlıq edir. Onların ümumi məqsədi dini dəyərləri gündəmə gətirmək, dünyanı əxlaqsızlıqdan qurtarmaqdır.



Zülm, istibdad, küfr piramidasının təpə nöqtəsində İsrail dayanır. ABŞ İsrailin tapşırıqlarını qul kimi yerinə yetirən Qülliveri xatırladır. Bu olduqca geniş mövzunu xülasələşdirmək üçün beynəlxlaq imperializm və sionizmə xidmət edən təbliğat maşını üzərinə qayıdırıq.



Deyirlər ki mətbuat dördüncü hakimiyyətdir. Elə buna görə də böyük sərmayələr yatırılır qələm adamlarına. Azərbaycan qələm sahiblərinin də bir hissəsi aybaay öz payını alır. Şərti olaraq neo-ateizm adlandıracağımız bu cərəyanda Salman Rüşdi kimi nəhənglər, Rafiq Tağı kimi nərələr, nəhayət bu gün R.Tağının müəmmalı ölümü ətrafında qorxa-qorxa gah susub, gah səs-küy salan cırcıramalar var. Azərbaycanın ciddi ziyalıları bu hadisəyə yalnız etiket xatirinə münasibət bildirir. Allahı qəbul edən biri Allahı söyənə necə ağlayar?!



Amma... Azərbaycanda neo-ateizm olduqca xamdır. Onlara kimliyini sübut etmək, onların siyahısını tutmaq, onları ən azı insan haqlarına həqarətli yazılarına görə ittiham etmək çox asandır. Amma bu belə olmamalıdır. Mirzə Xəzər demişkən, din həssas məsələdir. Mirzə Xəzərin “din təhlükəli mərmidir” deməsi daha yerinə düşərdi. Bu mərmi mahir sapyorlar tərəfindən zərərsizləşdirilməlidir. Roma papasını “zərərsizləşdirilmiş din mərmisinə” nümunə göstərmək olar. Qalır Azərbaycanda Mövsüm Səmədov, Taleh Bağırov kimi “möminləri” zərərsizləşdirmək. Azca ehtiyatsızlıq partlayışa səbəb olar və heç kimin gözləmədiyi bir məqamda Bakı “İslam Mədəniyyətinin paytaxtından” “İslam Respublikasının paytaxtına” çevrilər. Ehtiyatlı olun, cənab neo-ateistlər!



BMT Sionist rejimin Qəzzə zolağına qarşı hücumunu hərbi cinayət adlandırdı. BMT-nin Fələstində insan haqları üzrə xüsusi müfəttişi Riçard Falk BMT-nin insan haqları şurasına təqdim olunan 26 səhifəlik hesabatda bildirdi: "Cenevrə müqaviləsi və beynəlxalq qanunlara əsasən hərbi qüvvələrin hərbi və mülki hədəfləri ayırd edə bilmədikləri halda hücuma əl atmaları qanunsuz bir hərəkətdir. Buna görə də İsrail ordusunun Qəzzə zolağına qarşı hücumu hərbi cinayət sayılır." Riçard Falk İsrail qüvvələrinin Qəzzə zolağındakı hərbi cinayətlərini sübut edən faktlara istinadla deyib: "İsrail ordusu yaşayış massivlərinə hücum edərək Qəzzə zolağındakı fələstinlilərə böyük cismani, ruhi və maliyyə zərərləri vurub." (Riçard Qoldston)



Qeyd edək ki, Sionist rejimin 2008-ci ilin 27 dekabrında başlayan Qəzzə zolağına qarşı 22 günlük hücumlarında 1340-dan yuxarı fələstinli şəhid olub, azı 5000 nəfər də yaralanıbdır. Nə olsun? O olsun ki, müasir dünyada azad sözün müdafiəsində duran, dini dəyərləri hədəfə almış silahlı qələm cəngavərlərin cəzalandırılmasına qarşı kampaniya aparan elə İsraildir! Salman Rüşdidən Rafiq Tağıyadək küfr dalğasına yoç açan, ictimai fikir formalaşdıran elə 22 gündə 1340 fələstinlini qətliam edən İsraildir. Bu həmin İsraildir ki, fitvası ilə ABŞ və Qərb dövlətləri Qarabağda öldürülən, əsir götürülən soydaşlarımıza biganəlik göstərir. Onları Rafiq Tağının ölümü narahat edir. Daha çox narahatdırlar ki, R. Tağı məktəbinin mavi davamçılarını da təhlükə gözləyir. Bu sırada mərhum Elmar Hüseynovun adını çəkənlər ən böyük şərəfsizliyə əl atır. Elmar Hüseynov haqq söz yolunda şəhid olub. Onu milyonlarla insanların etiqadını aşağılayan muzdurlara qatmaq rəzalətdir.



Neo-ateizm hamiləri narahatdır. Belə getsə qısa bir müddətdə bütün hibridlər, mutatntlar məhv ediləcək. Ampulanı dəyişmək lazımdır. Axundov, Salman Rüşdi, Rafiq Tağı üslubu ilə İslam inqilabını yalnız sürətləndirmək olar. Cəmiyyəti liberallaşdıracaq, güzəştə getməyən dini kəsimi yumşaldacaq təbliğata ehtiyaca var.



Söz Mirzə Xəzərə verildi. Kimdir Mirzə Xəzər? Ümumiyyətlə, bu onun əsil adıdırmı? Əsil adı Şaron ya Peres olsa belə onu Mirzə Xəzər kimi təqdim etmək "məsləhət olub". Beləcə, Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) 29 noyabr, 1947-ci il tarixində Göyçayda anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirən, bir müddət Sumqayıtda vəkil işləyən Mirzə 1974-cü ildə İsrailə mühacirət edib. 1975-ci ildə Tel-Əviv Universitetində xüsusi kurs keçib, İsrail ordusunda (SAXAL) xidmət edib.



Mirzə Xəzər "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri (1985-1987) və "Azadlıq" radiosunun (Radio Free Europe/Radio Liberty) Azərbaycan redaksiyasının direktoru (1987-2003) vəzifələrində işləmişdir. Həmin arada Mirzə Xəzərin əsas vəsifəsi Azərbaycanda ictimai fikri sionist maraqları istiqamətində yönəltmək olub. İsveçin paytaxtı Stokholmdakı Bibliya Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı - "Əhd-i Ətiq" (Tövrat) və "Əhd-i Cədid"i (İncil) Azərbaycan dilinə tərcümə etmişdir (1975-1984). "Əhd-i Cədid" (İncil) Mirzə Xəzərin tərcüməsində ilk dəfə 1982-ci ildə Zaqrebdə nəşr edilmişdir.



2004-cü ilin yanvar ayında Mirzə Xəzər Azərbaycana qayıdır. Onun Bakıya gəlişi yalnız Heydər Əliyevin ölümündən sonra mümkün olur. Çünki Mirzə Xəzərin MOSSAD-da yonulmuş heykəlini H. Əliyev gözəl tanıyırdı. Bu tip müəmmalı adamlara H. Əliyevin çevrəsində yer yox idi. Mirzə Xəzər Bakıda qalıb işləmək istəyir. Bakıda "Mirzə Xəzərin Səsi" adlı qəzetini təsis edir. Lakin bir müddətdən sonra Bakını tərk edir. Çünki H. Əliyev öz varisini layiqincə təlimatlandırmışdı. Hazırda Mirzə Xəzərin internetdə üç dildə (Azərbaycan , ingilis , rus dillərində) eyni adda qəzeti nəşr edilir. Almaniyanın Münhen şəhərində yaşayır.



Mirzə Xəzər yazıçı Rafiq Tağının ölümündən kədərləndiyini bildirib: “Rafiq Tağının din barədə yazdıqlarının hamısını oxumamışam və bu üzdən müəyyən fikir yürüdə bilmərəm. Bu fikirlərlə razı olmasam belə, Rafiq Tağıya qarşı ifrat ittihamların söylənməsini və hətta İranda onun ölümünə fitva verilməsini qəbul edə bilmərəm. Fikirə fikirlə cavab verilər”. Maraqlı nöqtəyə toxunur Mirzə Xəzər: “Özünü ziyalı və qələm sahibi sayan insanların… əsassız ittihamlarla çıxış etməsi vəziyyəti yalnız gərginləşdirə bilər. Bu gün söylənən fikirlər Rafiq Tağının qətlinin yaratdığı hiddət və qəzəbin psixoloji əks-sədasıdır. Hiddət və qəzəb soyuyandan sonra daha soyuqqanlı bir mühitin yaranacağına və məntiqin hissə qalib gələcəyinə inanıram… Dindən başı çıxmayanın, dinin əsasları ilə tanış olmayanın, dini dünyagörüşü dar və biliyi səthi olan kimsələrin din mövzusundan uzaq durması məsləhətdir… Din həssas mövzudur. Bunu həm hakimiyyətdə olanlar bilməlidir, həm də özünü qələm sahibi adlandıranlar”. Mirzə Xəzər bu sözləri ilə az qala din müdafiəçisi kimi görünür. Amma… Bir az keçmişə qayıdaq. Türkiyəli karikaturaçı Bahadır Baruter cəmiyyətin müəyyən təbəqəsinin dini dəyərlərini təhqir ittihamı ilə məhkəməyə çağırıldı. Buna səbəb rəssamın satirik “Pinqvin” jurnalında dərc etdirdiyi karikatura idi. Məsciddə namaz qılan insanları təsvir edən karikaturaçı onlardan birini əl telefonu ilə Allaha zəng edərək “vacib işlərinə görə” namazı yarımçıq qoymağa icazə istəyirmiş kimi göstərib. Məscidin iç divarında isə kiçik şriftlə “Allah yoxdur, din yalandır” sözləri həkk olunub. Oxucuların çoxsaylı şikayəti İstanbul baş prokurorunun Bahadır Baruter haqqında iş açması ilə nəticələndi. Əsəs məsələ bu kimi hadisələrə sabiq SAXAL əsgərinin münasibətidir: “Bahadır Baruter öz fikrini ifadə edib. Dinin, dindarların təhqir edilməsinə qətiyyətlə qarşı olduğumu bəri başdan qeyd etmək istəyirəm. Lakin burada söhbət karikaturadan, satiradan gedir. Bəzi dindarların, dinin və hətta peyğəmbərin satira və karikatura hədəfinə çevrilməsi hallarına ilk dəfə İsraildə şahid olmuşam. Televiziya ekranında həzrəti Musa haqqında satirik səhnəni seyr edəndə elə bilirdim indi camaat küçələrə çıxıb üsyan edəcək, sonra da satirik səhnənin müəllifini damğalayıb məhkəməyə verəcəklər. Yox, heç kim küçəyə çıxmadı. Satirik səhnənin müəllifini də heç kim cəzalandırmadı. Cəmiyyət bu cür tənqidlərə dözümlə, təmkinlə yanaşırdı. Bu mənim ifadə və fikir azadlığı elmi üzrə ilk əyani dərsim idi. Hər bir cərəyanda mənfi hallar olur. “Tövrat”ı və “İncil”i tərcümə edən adam kimi deyə bilərəm ki, hər bir cərəyanda həqiqi imanlılar və saxta imanlılar olur. Mən inanmıram ki, Bahadır Baruterin qayəsi dini, dindarları təhqir etmək olub. Mənim dinindən asılı olmayaraq bütün səmimi imanlılara böyük hörmətim var. Ancaq etiraf etmək lazımdır ki, hər bir dində həqiqi dindarlar da var və zahiri dindarlar da. Bahadır Baruter öz fikrini ifadə edib. Fikirə fikirlə cavab vermək ən doğru yoldur… İfadə azadlığının cəmiyyətin heysiyyəti ilə toqquşması məsələsinə gəlincə, demək istərdim ki, azad cəmiyyətdə, fikir və ifadə azadlığının olduğu cəmiyyətdə, dindarın da, dinə inanmayanın da öz fikrini sərbəst söyləyə bildiyi cəmiyyətdə bu, necə deyərlər, “toqquşma” həmişə olacaq. Bu “toqquşma” karikatura ilə, satira ilə cərəyan edirsə, deməli, o cəmiyyətdə sağlam düşüncə hökm sürür. Bu “toqquşma” psixoz yaradırsa, məhkəmə yolu ilə həllə üstünlük verilirsə, deməli, cəmiyyətdə fərqli düşünənlərə dözümsüz yanaşmaq meyli güclənməyə başlayır. Dindarın öz Allahının, peyğəmbərinin tənqid olunmasına, lağa qoyulmasına dözməməsini isə anlayışla qarşılamaq lazımdır, amma bu dözümsüzlük başqa müstəviyə keçməməli, ifrata varmamalıdır. İfrata vararsa, ortada heç bir dəyər qalmaz…” Yəni söydüm atanı, söy atamı!



Bu azərbaycan leksikonundakı “xoşqeyrətlik” Qarabağ mövzusuna münasibətdə özünü göstərir. Mirzə Xəzərin sözləridir: “Dağlıq Qarabağ münaqişəsi tərəflər arasında həll olunmalıdır. Bu münaqişənin hərbi yolla həll edilməsi qeyri-mümkündür”! Bəli, hətta işğal olmuş vətən torpaqlarını sülh yolu ilə almaqdan başqa çarə görməyən bir insan dini müqəddəsliklərin müdafiəsində fiziki tədbirə hə deyə bilməz.



Amma dünyanda son sözü deyən İsrail, onun işğalçı SAXAL ordusu, bu ordunun sabiq əsgəri Mirzə Xəzər deyil. Zorun cavabı zordur. Bəşər tarixinin İraq kimi misilsiz muzeyi yerlə yeksan edildi. Azərbaycan torpaqlarının beşdə biri düşmən tapdağındadır. “İslam mədəniyyətinin paytaxtında” Peyğəmbər söyülür! Mirzə Xəzərdən yuxarıda oturanlar görür ki, ox daşa dəyib. Zora zorla cavab verilir. Azərbaycan neo-ateistləri ehtiyatlı olmağa çağırılır. Amma mərhum Elmar Hüseynov güllələnəndə bu nigarançılıq müşahidə edilmədi. Çünki mövzular kökündən fərqlənir. Rafiq Tağı olmaq üçün kiçilmək, Elmar Hüseynov olmaq üçün böyümək lazımdır. Mirzə Xəzər bu kiçikliyin hər gün daha çox üzə çıxdığından narahatdır. Çünki özünü Allahdan ağıllı, mərhəmətli, haqlı görür. Allah “vuruşanla vuruş”, Mirzə Xəzər söyüşənlə söyüş, yumruğunu sıxma deyir – ən yaxınlarını, ən çirkin şəkildə söysələr belə! Əlbəttə ki, bu bir oyundur. Çəkmələri qanlı SAXAL əsgərinin səbrə çağırışı istehza doğrur.



Babək Təbrizli
"AranNews" Iranian Agency

Almaniya “Eurovision-2012”nin Azərbaycanın paytaxtında keçirilməsinə qarşı səsini ucaldır

Almaniyada "Avroviziya" mahnı müsabiqəsinin Bakıda keçirilməsinə qarşı səslər ucalır. Almaniya hökumətinin İnsan hüquqlarını pozan, diktatura tərəfindən idarə olunan bir ölkədə beynəlxalq mahnı müsabiqəsini keçirtmək səhvdir. Almaniyanın “Berliner Kurier” qəzetinin dərc etdiyi xəbərə görə, Almaniya hökumətinin insan hüquqları üzrə nümayəndəsi “Eurovision” mahnı müsabiqəsinin alman iştirakçılarını Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz etməyə çağırmışdır. Qəzet yazır ki, İlham Əliyev qədər Qərbdə lobbiçilik fəaliyyətinə diqqət yetirən ikinci şəxs yoxdur. İlham Əliyevin çarəsi yoxdur, çünki Azərbaycan prezidentinə qarşı ittihamların sayı-hesabı yoxdur: seçkilərin saxtalaşdərəlması, müxalifətçilərin təqib edilməsi, mətbuat üzərində şiddətli senzura bu ittihamlar arasındadır. Azərbaycan mətbuat azadlığına malik 179 ölkənin siyahısında Əfqanıstan və İraqdan sonra 162-ci yerdədir. Almaniya Yaşıllar partiyasının parlament fraksiyasının başçısı Folker Bek deyir: “Bakı, ideal bir müsabiqə üçün yanlış məkandır. Azərbaycanda diktatura mövcuddur, müxalifətçilər və rejimi tənqid edən jurnalistlər təqib olunur.


“Mirzə Xəzərin Səsi” qəzeti
05.02.2012

http://bit.ly/xV3E8L

Mirzə Xəzərin Səsi : Almaniya “Eurovision-2012”nin Azərbaycanın paytaxtında keçirilməsinə qarşı səsini ucaldır

Mirzə Xəzərin Səsi : Almaniya “Eurovision-2012”nin Azərbaycanın paytaxtında keçirilməsinə qarşı səsini ucaldır

İlham Əliyev və Hüsni Mübarək bənzətməsi: Azərbaycan prezidenti almanları qane edə bilmədi

İlham Əliyev almanları inandıra bilmədi. Azərbaycan mətbuatı iddia edir ki, Ilham Əliyev Münxendə „təxribat xarakterli“ sualla qarşılaşıb. „Təxribat xarakterli“ sualın məğzi odur ki, Münxen Təhlükəsizlik Konfransının iclaslarından birində iştirakçılardan biri Azərbaycanı Hüsnü Mübarəkin dövründəki Misirlə müqayisə edərək soruşub ki, „öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?”. Azərbaycan prezidenti bu suala cavab verib demişdir ki, onun prezidentlik illərində ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib, siyasi vəziyyət sabitdir, ölkədə çoxpartiyalı sistem mövcuddur, ölkədə azad mətbuat var və internet də azaddır. İlham Əliyev almanları əmin edib ki, Azərbaycanda Misir hadisələrinin təkrar olması qeyri-mümkündür, bunu arzulayanlar o günü görməyəcəklər. Azərbaycan prezidentinin səmimiyyətinə heç kimin şübhəsi olmasın. İlham Əliyev öz dediklərinə həqiqətən inanır. Bəs Azərbaycan prezidentinin sadaladığı nailiyyətlər almanları qane edibmi? Yox, qane etməyib. İlham Əliyev almanları inandıra bilməmişdir.

Almaniya televiziyasının nüfuzlu birinci kanalı olan „ARD“ İlham Əliyev Münxendə "təxribat xarakterli" suala cavab verdiyi gün elan etdi ki, fevralın 5-də yerli vaxtla saat 23:05-də telekanalda „Avroviziya“ mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda yaranmış dözülməz vəziyyətlə bağlı „Bayerische Rundfunk“, yəni paytaxtı Münxen olan Bavariya əyalətinin teleradio şirkəti tərəfindən hazırlanmış geniş bir sənədli film göstəriləcəkdir. Filmin xülasəsinə diqqət yetirək: Bakıda„Avroviziya“ mahnı müsabiqəsi ucbatından şəhər sakinləri küçəyə atılır, evləri dağıdılır, bu problem haqqında həqiqəti yazmaq istəyən jurnalistlər təzyiq altındadır, onların ağzını yumurlar. Filmin süjetlərində evləri dağıdılan, fəryad edən sakinləri, „Avroviziya“ mahnı müsabiqəsi üçün konsert sarayı tikilən ərazidə yerlə-yeksan edilən evləri görmək mümkündür. Alman mətbuatı yazır ki, „ARD“ telekanalı ilə göstəriləcək sənədli filmin çəkilişinə polis nəfərləri mane olmağa çalışmışdır. „ARD“nin müxbirləri insan hüquqları təşkilatlarının və müxalifətin nümyəndləri ilə də görüşmüşlər.

Sənədli filmin Azərbaycan prezidentinin Almaniyaya səfəri zamanı göstərilməsinin təsadüf olub-olmadığını söyləmək çətindir. Lakin fevralın 5-də gecə televiziya tamaşaçıları İlham Əliyevin Münxen konfransında söylədikləri ilə həqiqi vəziyyət arasındakı ziddiyyəti müşahidə edə biləcəklər.


İlham Əliyev almanları inandıra bilmədi. Təəssüf...

Mirzə Xəzər
05.02.2012

http://mirzexezerinsesi.net/articles/2012/02/04/ilham-eliyev-ve-husni-mubarek-benzetmesi-azerbaycan-prezidenti-almanlari-qane-ede-bilmedi

Welcome, Mirza! | LinkedIn

Welcome, Mirza! | LinkedIn

Freitag, 3. Februar 2012

Analoqsuz inkişafa da qar yağar, xalqın canı töhmətdən qurtarmaz

Sizdə qar yağıb. Bizdə qar yağmayıb. Sizdə 4 dərəcə şaxtadır. Bizdə 10 dərəcə şaxtadır. Sizdə evdə oturmaq küçəyə çıxmaqdan yaxşıdır. Bizdə də evdə oturmaq yaxşıdır. Bu baxımdan müsavi vəziyyətdəyik! Ancaq sizdə kimlərəsə xox gəlmək üçün ölkənin adını dəyişməkdən dəm vuranlar var, bizdə yox! Şaxta təsirli şeydir, insanın hər yerinə təsir edir...


İlham Əliyevin analoqsuz inkişafına bərk qar yağıb. İlham Əliyevin analoqsuz inkişafı qar altında inildəyir. Hələ bu yaxınlarda İlham Əliyev deyirdi ki, "Azərbaycan ordusu nəinki Cənubi Qafqazda, dünya miqyasında güclü orduların sırasındadır". İlham Əliyev inanır, dünya isə inanmır. Amerika prezidenti Obama isə Gürcüstan prezidenti Saakaşvilini Ağ Evdə qəbul edərkən Gürcüstanı Qafqaz bölgəsində nümunə olacaq bir ölkə adlandıraraq, bu demokratiya və şəffaflıq modelini (Gürcüstanı) himayə etdiyini bildirmişdir. Ədalətsizlikdir? Bəli, böyük ədalətsizlikdir. İlham Əliyev Rusiyanın “harda aş, orda baş” jurnalistlərindən olan Mixail Qusmanla ötən ilin axırında tarixi müsahibəsində Azərbaycanın Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi məsələsinə toxunub deyirdi ki, “bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir.” Rusiya jurnalistləri görür, Barak Obama görmür. Nankor dünyadır!


Sabah qəzet-zad olmayacaq. Yollar buz tutub, gediş-gəliş donub, nəşriyyatlar işləmir. Qəzet olmayacaq. Rahat yatın!


Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..
Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can!..



Mirzə Xəzər
02.02.2012

Azərbaycan həbsxanalarında lotu yoxdur, hamısı azadlıqdadır

Azərbaycan həbsxanalarının rəisi, 1965-ci ildə Gəncədə orta məktəbin birinci sinifinə getmiş, 1994-cü ilin oktyabr hadisələri zamanı qəhrəmanlıq göstərdiyi üçün milli qəhrəman adını qazanmış general Mədət Quliyev bildirib ki, Azərbaycan həbsxanalarında lotu qalmayıb. Və general Mədət Quliyevin bəyanatına əsasən, Azərbaycanda „qanunda oğru“ termini də yox olub gedib. Bu ünsürləri həbsxanalardan təmizlədiyi üçün general Mədət Quliyevə hər kəs minnətdar olmalıdır. Heç şübhəniz olmasın, həbsxanalar rəisi düz deyir. Bu günkü Azərbaycanda lotuların yeri həbsxanada deyil, azadlıqdadır. „Qanunda oğru“ termininin yox olub getdiyini bildirməklə də Mədət Quliyev səhv etmir. Bu günkü Azərbaycanda doğrudan da „qanunda oğru“ yoxdur, yalnız qanuni oğrular var. Xülasə, zahirən adları, rütbələri, vəzifələri, ünvanları dəyişibsə də, analoqu olmayan lotular da var, qanuni oğrular da... Lakin həbsxanada deyil, azadlıqda...

Mirzə Xəzər
03.02.2012

Welcome to Facebook - Log In, Sign Up or Learn More

Welcome to Facebook - Log In, Sign Up or Learn More

Newsvine - Get Smarter Here

Newsvine - Get Smarter Here