
O faciənin üstündən 20 il keçir. Düz 20 il qabaq Azərbaycanda siyasi-hərbi vəziyyət qarmaqarışıq və mürəkkəb idi. Qarabağ cəbhəsində bir tərəfdə vahid komandanlığı olmayan, vahid komandanlığa tabe olmayan, vahid mərkəzdən idarə olunmayan Azərbaycanın silahlı dəstələri dururdu, o biri tərfdə isə rusların nizami ordu hissələrinə arxalanan erməni qüvvələri. Düz 20 il qabaq müntəzəm olaraq Bakıya zəng edib Xocalı ətrafındakı vəziyyətdən xəbər tuturdum. Düz 20 il qabaq Bakıdan – “Azərinform”un (indiki AzərTac) müdiri Azad Şərifovla və prezident aparatının mətbuat xidmətindən aldığım son məlumatları dinləyicilərə çatdırırdım. Düz 20 il qabaq Xocalının tutulduğunu və yerli əhalinin şəhəri tərk etdiyini mənə bildirdilər...Və sonra...Sonra qırğın barədə məlumatlar gəlməyə başladı. Kədərli məlumatlar. Xocalı qırğınının qurbanlarının ürək partladan şəkilləri xarici qəzetlərin səhifəsində, xarici ölkələrin televiziya ekranlarında peyda oldu. Ermənilərin Qarabağ avanturasının növbəti qurbanı Xocalının günahsız sakinləri oldu...Gün gələcək və cinayətkarlar cəzasını alacaqlar!
Xocalıda öldürülən günahsız insanlara Allah rəhmət eləsin!
Mirzə Xəzər
25.02.2012
Keine Kommentare:
Kommentar veröffentlichen