Beliebte Posts

Beliebte Posts

Dienstag, 28. Februar 2012

Nağıllar: Böyük Kürdüstan yaranacaq, Suriya dağılacaq, İran məğlub olacaq, Vahid Azərbaycan dövləti qurulacaq...





Azərbaycan mediasını ən çox məşğul edən mövzu – bıçaqlaşma mövzusudur. Hansı qəzeti açırsansa, bışaqlaşmadan yazır. Bıçaqlaşma ictimai rəyə hakim olub. Dörd dəfə bıçaqlanan bir nəfər beşinci dəfə bıçaqlananda aydın olub ki, qəhrəmanızım özü-özünü bıçaqlayıb...Bəs dünya? Dünyanı nə maraqlandırır?
Dünya nağıllarla yaşayır. Bəşəriyyət nağıllarla qidalanır. Nağıl olmasa həyat olmaz. Həyat olmasa nağıl olmaz...Bu yaxınlarda Qahirədə ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının ofislərində axtarış aparılmışdır. “Əl Əhram” qəzetinin iddiasına görə, axtarış zamanı guya amerikalıların planlaşdırdığı “regionun parşalanması”na dair xəritələr tapılmışdır. İddia edildiyinə görə, Prinston universitetinin professoru, tanınmış tarixçi Bernard Luis Pentaqonun əmri ilə İslam blokunun ölkəbəölkə dağıdılması planını hazırlamışdır. Plan deyil, maraqlı nağıldır. Planda nədən sphbət gedir? Əvvələn Böyük Kürdistan dövlətinin yaradılması nəzərdə tutulur. Bu dövlətin tərkibinə təkcə İraq Kürdistanı, Mosul və Kərkük yox, həmçinin Türkiyə, İran, Suriya və Azərbaycandan qopardılmış ərazilər də daxil ediləcək. Bəs sonra? Sonra İraqdan kürdlərin bir qisminin Azərbaycana köçürülməsi nəzərdə tutulurmuş. Sonra? Sonra, “Vahid Azərbaycan” dövləti qurulacaq. Bu dövlətin tərkibinə təkcə İranın Qərbi Azərbaycan ostanı deyil, Əfqanəstanın İranla sərhəd vilayətləri də daxil ediləcəkdir. Bəs sonra? Sonra Qarabağ müstəqil erməni dövləti olacaq. Nağıl bununla bitmir. Hələ Suriya var. Həmin nağıla əsasən, Suriyanı parçalamaq, onun ərazisində şiə və sünni dövlətlərinin qurulması nəzərdə tutulur.
Bəs bu nağılı kim nəql edib? Bu nağılı Rusiyanın “Reqnum” agentliyinin icmalçısı Stanislav Tarasov “İrak kürdləri İlham Əliyevin nəyinə lazımdır” sərlövhəli geniş yazısında nəql edib.
Dünya nağıllarla yaşayır. Bəşəriyyət nağıllarla qidalanır. Nağıl olmasa həyat olmaz...

Mirzə Xəzər
28.02.2012

Keine Kommentare:

Kommentar veröffentlichen