Beliebte Posts

Beliebte Posts

Freitag, 3. Februar 2012

Azərbaycan həbsxanalarında lotu yoxdur, hamısı azadlıqdadır

Azərbaycan həbsxanalarının rəisi, 1965-ci ildə Gəncədə orta məktəbin birinci sinifinə getmiş, 1994-cü ilin oktyabr hadisələri zamanı qəhrəmanlıq göstərdiyi üçün milli qəhrəman adını qazanmış general Mədət Quliyev bildirib ki, Azərbaycan həbsxanalarında lotu qalmayıb. Və general Mədət Quliyevin bəyanatına əsasən, Azərbaycanda „qanunda oğru“ termini də yox olub gedib. Bu ünsürləri həbsxanalardan təmizlədiyi üçün general Mədət Quliyevə hər kəs minnətdar olmalıdır. Heç şübhəniz olmasın, həbsxanalar rəisi düz deyir. Bu günkü Azərbaycanda lotuların yeri həbsxanada deyil, azadlıqdadır. „Qanunda oğru“ termininin yox olub getdiyini bildirməklə də Mədət Quliyev səhv etmir. Bu günkü Azərbaycanda doğrudan da „qanunda oğru“ yoxdur, yalnız qanuni oğrular var. Xülasə, zahirən adları, rütbələri, vəzifələri, ünvanları dəyişibsə də, analoqu olmayan lotular da var, qanuni oğrular da... Lakin həbsxanada deyil, azadlıqda...

Mirzə Xəzər
03.02.2012

Keine Kommentare:

Kommentar veröffentlichen