Beliebte Posts

Beliebte Posts

Freitag, 24. Februar 2012

Yerevan fatehləri və Xocalı: Milli Məclis deputatları düşmən yuvasında, Azay Quliyevi atasının qəbrinə buraxmadılar

Milli Məclis deputatlarının Xocalı qırğını yad edilən günlərdə cəsarət göstərib, fədakarlıq nümayiş etdirərək Yerevanı ziyarət etməsi, Ermənistanın prezidenti Sarkisyanla görüşməsi tarix kitablarına qızıl hərflərlə yazılacaqdır. Deputatlar Yerevanda bütün həqiqətləri hünərlə ermənilərin üzünə söyləməklə kifayətlənməmiş, üstəlik Ermənistan prezidenti ilə görüşdə də çəkinmədən tarixi həqiqətləri bəyan etmişlər. Afərin! Bəs Xocalı qırğını? Görəsən deputatlarımız Xocalı qırğını məsələsini də Yerevanda qaldırmışlarmı? Yox, qaldırmamışlar. Macal tapmamışlar. Amma deputat Azay Quliyev doğma Sisyan rayonunun Urud kəndində atasının qəbrini ziyarət etməyi ermənilərdən xahiş etməyi unutmamışdır. Humanizmə meyl göstərməyən ermənilər azərbaycanlı millət vəkilinin xahişinə müsbət yanaşmamışlar. Demişlər ki, Sisyana gedən yolları qar basıb...



Qəbirlər məsələsi Sarkisyanla görüşdə də qaldırılıb. Deputat Fərəc Quliyevin dediyinə görə, azərbaycanlı deputatlar Sərkisyana bildirdilər ki, işğal olunmuş ərazilərdə azərbaycanlıların qəbirlərini ziyarət etmək qeyri-mümkündür. Sarkisyan deputatların iradına cavab verməyib. Bəs Xocalı? Fərəc Quliyev də görüşdə Xocalı faciəsinə toxunulmadığını bildirir. Amma təəssüf...Qeyd edək ki, Serj Sarkisyan Dağlıq Qarabağ silahlı dəstələrinin qurucusu və 1992-ci ildə Xocalı qırğını baş verən zaman üzdəniraq "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik etmişdir.



Deputatların Yerevan səfəri başa çatıb, deputatlar sağ-salamat Bakıya qayıdıblar...



Mirzə Xəzər

24.02.2012

Keine Kommentare:

Kommentar veröffentlichen