Beliebte Posts

Beliebte Posts

Freitag, 3. Februar 2012

Analoqsuz inkişafa da qar yağar, xalqın canı töhmətdən qurtarmaz

Sizdə qar yağıb. Bizdə qar yağmayıb. Sizdə 4 dərəcə şaxtadır. Bizdə 10 dərəcə şaxtadır. Sizdə evdə oturmaq küçəyə çıxmaqdan yaxşıdır. Bizdə də evdə oturmaq yaxşıdır. Bu baxımdan müsavi vəziyyətdəyik! Ancaq sizdə kimlərəsə xox gəlmək üçün ölkənin adını dəyişməkdən dəm vuranlar var, bizdə yox! Şaxta təsirli şeydir, insanın hər yerinə təsir edir...


İlham Əliyevin analoqsuz inkişafına bərk qar yağıb. İlham Əliyevin analoqsuz inkişafı qar altında inildəyir. Hələ bu yaxınlarda İlham Əliyev deyirdi ki, "Azərbaycan ordusu nəinki Cənubi Qafqazda, dünya miqyasında güclü orduların sırasındadır". İlham Əliyev inanır, dünya isə inanmır. Amerika prezidenti Obama isə Gürcüstan prezidenti Saakaşvilini Ağ Evdə qəbul edərkən Gürcüstanı Qafqaz bölgəsində nümunə olacaq bir ölkə adlandıraraq, bu demokratiya və şəffaflıq modelini (Gürcüstanı) himayə etdiyini bildirmişdir. Ədalətsizlikdir? Bəli, böyük ədalətsizlikdir. İlham Əliyev Rusiyanın “harda aş, orda baş” jurnalistlərindən olan Mixail Qusmanla ötən ilin axırında tarixi müsahibəsində Azərbaycanın Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi məsələsinə toxunub deyirdi ki, “bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir.” Rusiya jurnalistləri görür, Barak Obama görmür. Nankor dünyadır!


Sabah qəzet-zad olmayacaq. Yollar buz tutub, gediş-gəliş donub, nəşriyyatlar işləmir. Qəzet olmayacaq. Rahat yatın!


Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..
Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can!..



Mirzə Xəzər
02.02.2012

Keine Kommentare:

Kommentar veröffentlichen