
Yaxın Şərq ixtilafı coğrafi məkanını dəyişir. Cənubi Qafqaz İran-İsrail münaqişəsinin döyüş meydanına, Azərbaycan ön cəbhə xəttinə çevrilir. İstəsək də, istəməsək də bu, həqiqətdir. Gün keçmir ki, Tehran Bakıya, Bakı Tehrana nota verməsin. Gün keçmir ki, Tehran Bakını, Bakı Tehranı terrorda ittiham etməsin. Gün keçmir ki, İranın Azərbaycanda yaratdığı iddia edilən, necə deyərlər, terror və casus şəbəkələri ifşa edilməsin. Gün keçmir ki, Azərbaycan İranı narkotik qaçaqmalçılığının mənbəyi kimi ittiham etməsin. Və gün keçmir ki, İran borclu qalmayıb ittihama ittihamla cavab verməsin. “Fars Məlumat agentliiyi” adını çəkmədiyi “mötəbər” mənbəyə əsaslanaraq iddia edir ki, Azərbaycanın İranın narkotik qaçaqmalçılığında əli olduğuna dair ittihamlarının heç bir əsası yoxdur. Əksinə, agentliyin məlumatına görə, Əfqanıstanda narkotik maddə yetişdirən təsərrüfatların müdafiəsində və narkotik maddələrin regionda yayılmasında Bakı rəsmiləri mühüm rol oynayır. Çılğın ittihamdır. Lakin buna baxmayaraq, İran-Azərbaycan münasibətlərini günü-gündən istiləşən soyuq müharibə kimi qiymətləndirmək heç də yanlış olmazdı. Yaxın Şərq alovunu Cənubi Qafqaza daşıyırlar…
Mirzə Xəzər
22.02.2012
Keine Kommentare:
Kommentar veröffentlichen